...

Azərbaycan bankı "Parabank" müştərilərə göstərilən xidməti yaxşılaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2010 19:36 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" iyulun 2-dən etibarən bankın bütün kredit məsləhətçiləri və əməliyyatçıları üçün treninqlər keçirir. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan bankı "Parabank" müştərilərə göstərilən xidməti yaxşılaşdırır

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Parabank" iyulun 2-dən etibarən bankın bütün kredit məsləhətçiləri və əməliyyatçıları üçün treninqlər keçirir. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Treninqdə bankın baş ofisi və 18 filialından bank xidmətlərinin əməkdaşları iştirak ediblər. Treninqin əsas mövzuları ümumi bank xidmətləri, müştərilərlə davranışın təkmilləşdirilməsi, eləcə də xidmətin keyfiyyətinin və sürətinin artırılmasıdır. Treninqın sonunda sertifikatlaşmış proqram üzrə test imtahanı keçirilir. Test imtahanlarını müvəffəqiyyətlə başa vuran əməkdaşlara mükafat veriləcək və əmək haqqı artımı olacaq. Keçirilən treninqlər nəticəsində əməkdaşlar öz bank biliklərini genişləndirir və yüksək xidmət biliklərinə sahib olacaqlar.

Bank "Kreditanstalt für Wiederaufbau" (KfW), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), "Commerzbank AG" (Almaniya), "TBC Bank" (Gürcüstan) kimi beynəlxalq maliyyə və kredit təşkliatları ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti