...

Oktyabrda MDB ölkələri iştirakçılarının "Maliyyə institutları – MDB iqtisadiyyatı strukturunun modernləşdirilməsinin əsasları" III beynəlxalq Bakı konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2010 15:26 (UTC +04:00)
MDB-nin Maliyyə-Bank Şurası, Azərbaycan Beynəlxalq Bankı MDB İcraiyyə Komitəsinin dəstəyi ilə 2010-cu ilin oktyabrın 20-23-də Bakıda MDB ölkələri iştirakçılarının "Maliyyə institutları - MDB iqtisadiyyatının strukturunun modernləşdirilməsinin əsasları" III beynəlxalq Bakı konfransını keçirəcək.
Oktyabrda MDB ölkələri iştirakçılarının "Maliyyə institutları – MDB iqtisadiyyatı strukturunun modernləşdirilməsinin əsasları" III beynəlxalq Bakı konfransı keçiriləcək

Azərbaycan, Bakı, 30 avqust /Trend/

MDB-nin Maliyyə-Bank Şurası, Azərbaycan Beynəlxalq Bankı MDB İcraiyyə Komitəsinin dəstəyi ilə 2010-cu ilin oktyabrın 20-23-də Bakıda MDB ölkələri iştirakçılarının "Maliyyə institutları - MDB iqtisadiyyatının strukturunun modernləşdirilməsinin əsasları" III beynəlxalq Bakı konfransını keçirəcək.

Dünya maliyyə böhranı MDB ölkələrinin zəif yerlərini açıq şəkildə "işıqlandıraraq", birliyin iqtisadiyyatının inkişafının kompleks məsələlərini daha da kəskin etdi. Belə vəziyyətdə hər bir ölkənin dövlət-özəl tərəfdaşlıq çərçivəsində müxtəlif sahə layihələrinə və proqramların maliyyələşdirilməsi üçün əlverişli şəraitin yaradılmasının qarantı qismində rolu artır. İndi bunun üçün real zəmin var.

Konfransda struktur modernləşdirmə proqramlarının maliyyələşdirilməsində beynəlxalq və regional fondların rolu, MDB-nin milli və ali milli orqanlarının əlverişli şəraitin yaradılmasında və əlaqələndirilməsində təcrübəsi, milli inkişaf institutlarının MDB ölkələri ərazisində transsərhəd layihələrin həyata keçirilməsində əhəmiyyəti məsələlərin müzakirəsi nəzərdə tutulub.

Xüsusi diqqət Azərbaycanın Xəzəryanı regionun kompleks infrastruktur modernləşdirilməsi faktoru kimi maliyyə-iqtisadi inkişafına yönələcək.

Konfransda iştirak edəcəklər:

- Y.A.Eyyubov, MDB İqtisadi Şurasının üzvü, Azərbaycan Baş nazirinin birinci müavini;

- S.H.Lebedev, İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı-direktoru;

- A.L.Kudrin, Rusiya hökuməti sədrinin müavini, Rusiyanın maliyyə naziri;

- E.S.Rüstəmov, Azərbaycan Milli Bankı idarə heyətinin sədri;

- Q.A.Marçenko, "Qazaxıstannın Xalq Bankı" SCn idarə heyətinin sədri;

- Q.İ.Luntovski, Rusiya Bankı sədrinin birinci müavini;

- A.L.Kostin, "Bank VTB" ASC-nin prezidenti - idarə heyətinin sədri, MDB Maliyyə-Bank Şurasının prezidenti;

- A.F.Hacıyev, "Azərbaycan Beynəlxalq Bankı" ASC idarə heyətinin sədri;

- S.A.Aristov, status-katib - Rusiyanın nəqliyyat nazirinin müavini;

- F.Şimçak, Avropa İnvestisiya Bankının Rusiyada, Şərqi Avropada, Cənubi Qafqazda və tərəfdaş ölkələrdə nəqliyyat, telekommunikasiya və korporativ istiqamət departamentinin rəhbəri;

- V.A.Dmitrev, Xarici İqtisadiyyat Bankının sədri;

- A.V.Murıçev, Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqının vitse-prezidenti, Beynəlxalq Bank Şurasının sədri;

- İ.V.Finogenov, Avrasiya İnkişaf Bankı İdarə heyətinin sədri;

- S.V.Çernışev, Rusiya İqtisadi İnkişaf Nazirliyinin MDB Ölkələri ilə İqtisadi Əməkdaşlıq Departamentinin direktoru;

- F.A.Abdulloyev, MDB-nin İqtisad Məhkəməsinin sədri;

- A.K.Arıstanov, Qazaxıstanın Almatı şəhərinin Regional Maliyyə Fəaliyyətinin Tənzimlənməsi Mərkəzi üzrə Agentliyin sədri;

- S.P.Pisarik, "Belarusbank" ASC idarə heyəti sədrinin birinci müavini;

- N.M.Saidmurodov, "Aqroinvestbank" (Tacikistan) ASC idarə heyətinin sədri;

- N.T.Moldagəliyev, "Kazpoçt" (Qazaxıstan) SC idarə heyətinin sədri.

Konfransda Rusiya, Azərbaycan və digər MDB ölkələri hakimiyyət strukturlarının rəhbərləri, bank və işgüzar dairələrin, ictimai təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Konfransın təşkilat komitəsi:

tel: + 7 (495) 621-95-69

faks: + 7 (495) 621-74-51

e-mail: [email protected]

Forumun mətbuat mərkəzi

Yelena Korotkova - konfransın mətbuat katibi

+7 (495) 621-74-51, 627-31-02, +7 (985) 765 41 32

e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti