...

Azərbaycanda Aİ ilə birgə balıq məhsullarının sertifikatlaşdırılmasını təkmilləşdirmək üzrə tvininq-layihəyə yekun vurulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 14:18 (UTC +04:00)
"Azərbaycanda ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatına dəstək, Azərbaycanın balıq məhsulları istehsalının sertifikatlaşdırılmasının hüquqi və texniki cəhətdən təkmilləşdirilməsi" tvininq-layihəsinin gerçəkləşməsi Aİ və Azərbaycan arasında uğurlu əməkdaşlığı sübut edib. Bu barədə cümə axşamı tvininq layihəsinin yekunlarına həsr olunmuş konfransda iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deyib.
Azərbaycanda Aİ ilə birgə balıq məhsullarının sertifikatlaşdırılmasını təkmilləşdirmək üzrə tvininq-layihəyə yekun vurulub

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

"Azərbaycanda ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatına dəstək, Azərbaycanın balıq məhsulları istehsalının sertifikatlaşdırılmasının hüquqi və texniki cəhətdən təkmilləşdirilməsi" tvininq-layihəsinin gerçəkləşməsi Aİ və Azərbaycan arasında uğurlu əməkdaşlığı sübut edib. Bu barədə cümə axşamı tvininq layihəsinin yekunlarına həsr olunmuş konfransda iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deyib.

"Aİ ilə münasibətlərin genişləndirirlməsi Azərbaycan üçün vacib məsələlərdən biri hesab olunur, əməkdaşlıq çərçivəsində ərzaq məhsullarının ixracı, ölkənin biznes mühiti, qeyri-neft sektoruna dəstəyi üzrə bir sıra layihələr həyata keçirilib ki, onların çərçivəsində ölkəyə texniki yardım göstərilib", - Həsənova deyib.

Onun sözlərinə görə, tvininq layihə uğurla gerçəkləşdirilib, onun çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Avropa İttifaqının səfiri Roland Kobianın sözlərinə görə, hər iki tərəf konkret uğurlu nəticələri olan layihənin gerçəkləşməsindən razıdırlar. Aİ nəzarət sisteminin yaxşılaşdırılması, kadr ixtisaslaşması və 650 min avro ayrılmış ixtisaslaşdırılmış laboratoriyaların yaradılmasına yardım göstərib.

Azərbaycanda tvininq layihəsi 2008-ci ilin oktyabrından bəri Hollandiya və Latviyanın müvafiq strukturlarının dəstəyi altında gerçəkləşdirilir. Layihənin məqsədi Azərbaycanın istehsal etdiyi balıq məhsullarının Aİ bazarlarına ixracını təmin etməkdir. Layihə nəticəsində bu sahədə işləyən əməkdaşların peşəkar hazırlığı təkmilləşdirilib, Aİ tələblərinə uyğun qanunvericilik yaradılıb, dövlət xidməti yanında laboratoriyanın imkanları genişləndirilib və beynəlxalq standartlara cavab verən fəaliyyət yaradılıb. 2010-cu il sentyabrın 1-dən Azərbaycan Aİ-yə balıq kürüsünün ixracına icazə alan üç ölkə sırasına düşüb. Hazırda Aİ bazarlarına balıq məhsullarının digər növlərinin ixracına icazə alınması üzrə işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti