...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2010 11:28 (UTC +04:00)
Ötən həftənin yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın rəsmi məzənnəsi ABŞ dollarına nisbətdə 0,0003 bənd (0,3 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dolları üçün 0,8036 manat müəyyən edilib.
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın rəsmi məzənnəsi ABŞ dollarına nisbətdə 0,0003 bənd (0,3 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dolları üçün 0,8036 manat müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi avqustun 31-də 1 ABŞ dolları üçün 0,8038 manat səviyyəsində müəyyən edilib, minimal məzənnə isə sentyabrın 2 və 3-də 0,8035 manat səviyyəsində müəyyən edilib.

Manatın ABŞ dollarına nisbətdə məzənnəsi

23 avqust

0,8038

30 avqust

0,8036

24 avqust

0,8039

31 avqust

0,8038

25 avqust

0,8038

1 sentyabr

0,8036

26 avqust

0,8037

2 sentyabr

0,8035

27 avqust

0,8037

3 sentyabr

0,8035

Həftə ərzində orta kurs

0,80378

Həftə ərzində orta kurs

0,8036

Həftə yekunlarına görə, Bakı banklararası valyuta birjasındakı alış-veriş nəticəsində manatın dollara nisbətdə birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. 1 ABŞ dolları üçün orta məzənnə 0,80374 manat müəyyən edilib.

Həftə ərzində BEST-də həmin günü valyutalaşdırmaqla müqavilələr bağlanıb (T+0): avqustun 30-da $0,977 mln 0,8037 AZN/USD məzənnəsi ilə, 31-də $0,014 mln 0,8039 AZN/USD məzənnəsi ilə, sentyabrın 1-də $2,705 mln 0,8037 AZN/USD məzənnəsi ilə, 2-də $2,705 mln 0,8039 AZN/USD məzənnəsi ilə, 3-də $1,9 mln 0,8037 AZN/USD məzənnəsi ilə.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

23 avqust

0,8039

30 avqust

0,8037

24 avqust

0,8039

31 avqust

0,8039

25 avqust

0,8039

1 sentyabr

0,8037

26 avqust

0,8039

2 sentyabr

0,8037

27 avqust

0,8038

3 sentyabr

0,8037

Həftə ərzində orta kurs

0,80388

Həftə ərzində orta kurs

0,80374

USD/AZN T+1 и T+2 üzrə dilerlər tərəfindən tələbatın olmaması səbəbindən müqavilələr imzalanmayıb. RUB/AZN və EUR/AZN üzrə ərizələr BEST banklar tərəfindən təqdim edilməyib.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb: alış - 5 manat, satış - 6 manat. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin, təxminən, 80 faizinin çıxarılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti