...

Azərbaycanda dəmir-beton məhsul istehsalçısının satılmasına investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2010 14:52 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dəmir-beton məhsul istehsalçısı "Gəncə Mənzil Tikinti" SC-nin səhmlərinin 99,96 faizinin satılmasına investisiya müsabiqəsi elan edib. Bu barədə dövlət komitəsinin rəsmi "Mülkiyyət" qəzetində yerləşdirilən məlumatda deyilir.
Azərbaycanda dəmir-beton məhsul istehsalçısının satılmasına investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dəmir-beton məhsul istehsalçısı "Gəncə Mənzil Tikinti" SC-nin səhmlərinin 99,96 faizinin satılmasına investisiya müsabiqəsi elan edib. Bu barədə dövlət komitəsinin rəsmi "Mülkiyyət" qəzetində yerləşdirilən məlumatda deyilir.

Satışa səhmlər paketinin 99,96 faiz çıxarılıb. Onların 85 faizi investisiya müsabiqəsinin standart paketi, 14,96 faizi isə əmək kollektivinə səhmlərin güzəştli satışından qalanıdır.

Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri və xarici investorlar iştirak edə bilərlər. İddiaçılar yeni texnologiya və avadanlığın tətbiqi, müəssisə ərazisinin abadlaşdırılması, iş yerlərinin yaradılması və əməkdaşların sosial təminatı üzrə investisiya proqramını təqdim etməlidirlər.

İddiaçılar investisya təklifinin dəyərinin 5 faizi miqdarında bank zəmanətinin və dövlət büdcəsinə 850 min manat ödənişin edilməsi, eləcə də 50 min özəlləşdirmə çekinin silinməsi haqqında təklifləri təqdim etməlidirlər. Xarici investorlar da özəlləşdirmə paylarını təqdim etməlidirlər.

"Gəncə Mənzil Tikinti" dəmir-beton məhsulun hazırlanmasında və tikinti-montaj işlərinin görülməsində ixtisaslaşıb. Müəssisə Gəncə şəhərində yerləşir.

SC-nin nizamnamə kapitalı sentyabrın 1-nə olan məlumata görə, 2,697 milyon manat təşkil edir. Bu məbləğə hər birinin nominal dəyəri 2 manat olan 1 348 546 səhm buraxılıb. Müsabiqənin predmeti nominal dəyəri 2,696 milyon manat olan 1 348 054 səhm təşkil edir.

Müəssisənin 162,793 min manat məbləğində borcu var - bunlardan əməkhaqları üzrə 39,04 min manat, xammal, xidmət və işlərə görə 123,75 min manat. Bununla yanaşı, müəssisənin debitor borcu 248,95 min manatdır. Müəssisə 1979-cu ildən fəaliyyət göstərir.

İddiaçılar aşağıda göstərilən ünvanda 22 oktyabr 2010-cu il tarixədək saat 10:00-dan 18:00-dək müsabiqənin şərtləri, özəlləşdirmə planı ilə tanış ola və əlavə məlumat edə bilərlər:

Bakı şəhəri, Y.Səfərov küçəsi, 20. Sənəd və təkliflər oktyabrın 22-dək saat 10:00-dan 17:30-dək qəbul edilir. Təkliflərə müsabiqə komissiyası 26 oktyabr 2010-cu il tarixdə saat 15:00-dan etibarən dövlət komitəsinin binasında baxılacaq.

Sentyabrın 25-nə rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti