...

İran Azərbaycan ilə iqtisadi münasibətləri genişləndirmək niyyətindədir – İran rəsmisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2010 17:19 (UTC +04:00)
İran nümayəndə heyətinin Azərbaycana səfərini iki ölkə arasında bütün sahələrdə daha yeni, proqressiv münasibətlərin başlanğıcı adlandırmaq olar.
İran Azərbaycan ilə iqtisadi münasibətləri genişləndirmək niyyətindədir – İran rəsmisi

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Yusifzadə/

İran nümayəndə heyətinin Azərbaycana səfərini iki ölkə arasında bütün sahələrdə daha yeni, proqressiv münasibətlərin başlanğıcı adlandırmaq olar. Bu barədə Bakıda İran Prezidenti Administrasiyasının iqtisadi məsələlərə nəzarət şöbəsinin rəhbəri Əli Ağaməhəmmədi deyib.

"Biz yeni sənədlərin imzalanmasına ehtiyac görmürük. Biz artıq imzalanan sənədlərin həyata keçirilməsi üzrə məsələləri müzakirə edəcəyik. Siyasi sahədə iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir, halbuki bunu iqtisadi münasibətlər barədə demək olmaz. Səfərimizin əsas məqsədi məhz bununla bağlıdır", - Ağaməhəmmədi qeyd edib.

"Biz ölkələrimiz arasında iqtisadi münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindəyik", - İran Prezidenti Administrasiyasının nümayəndəsi bildirib.

O qeyd edib ki, hazırda İran Türkiyə ilə sərhəddə açılışı iki aydan sonra planlaşdırılan birgə sənaye zonasını yaratmağı nərədə tutur.

"Biz birgə layihədə iştirak etmək imkanına malik digər ölkələrin də cəlb olunmasında maraqlıyıq. Biz İran və Türkiyə arasında mal dövriyyəsinin 20 milyon dollaradək artırılmasını gözləyirik", - Ağaməhəmmədi vurğulayıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvarından iyulunadək Azərbaycan və İran arasında mal dövriyyəsi 125,8 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti