...

Azərbaycan İraqa öz potensialını həyata keçirməkdə dəstək verməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2010 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan İraqın ticarət naziri Şəfaəddin Məhəmməd əs-Safi ilə görüşdə İraqın yüksək potensiala malik olduğunu və Azərbaycanın bu potensialın reallaşdırılmasında İraqa dəstək verməyə hazır olduğunu qeyd edib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən Nazirlər Kabinetinin saytında dərc edilən məlumatda deyilir.

Baş nazirin sözlərinə görə, Azərbaycan və İraq arasında əməkdaşlıq haqqında imzalanan sənədi gələcək əlaqələrimizin təməli adlandırıb. O, bu imkanlardan səmərəli istifadə etməyin zəruriliyini də vurğulayıb.

İraqın ticarət naziri Azərbaycana səfəri ilə iki ölkə arasında əlaqələrin, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

O, Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti