...

Azərbaycan minik və yük avtomobillərinin idxalını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2010 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Yanvar-sentyabr aylarında Azərbaycana təxminən 40 minə yaxın minik avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 20,7 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, yanvar-sentyabrda ölkəyə təxminən 325 milyon dollardan artıq dəyərdə minik avtomobili gətirilib ki, bu da 2009-cu ilin analoji dövrü ilə müqayisədə 4,2 faiz azdır.

Cari ilin yanvar-sentyabrında Azərbaycana 3316 ədəd yük avtomobili gətirilib ki, bu da 2009-cu ilin analoji dövründəki göstəricidən 30,9 faiz azdır. Gətirilmiş avtomobillərin ümumi dəyəri 80,3 milyon dollardan çox olub ki, bu da ötənilki göstəriciyə nisbətən 17,7 faiz çoxdur.

Yanvar-sentyabrda həmçinin ölkəyə 664 ədəd avtobus idxal edilib ki, bu da 2009-cu ilin analoji dövründəki göstəricidən 16,2 faiz azdır. Yanvar-sentyabrda idxal olunan avtobusların ümumi dəyəri 33,7 milyon dollardan artıq olub ki, bu da ötənilki göstəriciyə nisbətən 11,1 faiz azdır.

Yanvar-sentyabrda Azərbaycanda 537 ədəd yük avtomobili istehsal edilib. Eləcə də bu dövrdə ölkədə 429 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 14,3 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti