...

Azərbaycanın və Aİ-nin digər beş qonşusunun inkişafı layihəsinin icrası üzrə müqavilə imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2010 10:55 (UTC +04:00)
Avropa Komissiyası və Avropa Palatası (Avropa Ticarət-Sənaye Palataları Assosiasiyası) "East-Invest" laihəsinin yerinə yetirilməsi üzrə 8,75 milyon avro dəyərində müqavilə imzalayıblar.
Azərbaycanın və Aİ-nin digər beş qonşusunun inkişafı layihəsinin icrası üzrə müqavilə imzalanıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir R.Dərəxşan/

Avropa Komissiyası və Avropa Palatası (Avropa Ticarət-Sənaye Palataları Assosiasiyası) "East-Invest" laihəsinin yerinə yetirilməsi üzrə 8,75 milyon avro dəyərində müqavilə imzalayıblar. Bu barədə bazar ertəsi Mehriban Qonşuluq Proqramı (ENPI) "EuropeAid"in məlumatına istinadən xəbər verib.

Avropa İttifaqının 2010-cu ilin noyabrından 2013-cü ilin noyabrınadək 7 milyon avro həcmində sərmayə qoyacağı "East-Invest" proqramı Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanı əhatə edir.

Məlumatda bildirilir ki, layihə Şərq qonşuluğu regionunun iqtisadi inkişafına və onun biznes mühitinin yaxşılaşdırılmasına yönəlib.

Məlumata görə, "East-Invest" Aİ-nin və Şərq qonşuluğu regionunun özəl və dövlət qurumları arasında biznes əlaqələrinin inkişafına kömək edəcək. Bu, özəl və dövlət sektorları arasında kiçik və orta müəssisələrə dəstək göstərən Aİ və Şərq qonşuluğu regionu şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin yaradılması və qabaqcıl təcrübə mübadiləsini yüngülləşdirmək, qərarların qəbul edilməsi prosesində özəl sektorun iştirakına yardım məqsədilə dialoqun genişləndirilməsi yolu ilə həyata keçiriləcək.

Əsas tədbirlər kiçik və orta müəssisələr və benefisiar ölkələrdəki biznesi dəstəkləyən təşkilatlar üçün texnika yardıma cəmləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti