...

Azərbaycanda keyfiyyətsiz polietilen torbaların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2010 16:22 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 16 ünvanında Rəhman İbadova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı polimer torbaların uyğunluq və gigiyenik sertifikatlar olmadan təkrar xammaldan istifadə edilməklə istehsal olunduğu müəyyən edilib.
Azərbaycanda keyfiyyətsiz polietilen torbaların satışı dayandırılıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 16 ünvanında Rəhman İbadova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı polimer torbaların uyğunluq və gigiyenik sertifikatlar olmadan təkrar xammaldan istifadə edilməklə istehsal olunduğu müəyyən edilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir. Polimer torbaların üzərində istifadə təyinatına uyğun olaraq lazımi məlumatlar qeyd edilməyib.

Bu faktları nəzərə alaraq Dövlət Xidməti tərəfindən polimer torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edilmiş, habelə üzərində istifadə təyinatı haqqında məlumatlar göstərilməmiş 960 kq polietilen torbaların və 460 kq yarımfabrikat halda olan polietilen torbaların satışının qadağan olunması barədə məcburi göstəriş verilib.

Bundan başqa, yoxlama zamanı Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 19, mənzil 4 ünvanında Nazim Muradova məxsus mağazada 35,4 kq mənşəyi bəlli olmayan polietilen torbaların satılması faktı aşkar edilib və onların məhv edilməsi barədə məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti