...

"Ata Sığorta" şirkəti "Azeri Business Award" mükafatina layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2010 19:26 (UTC +04:00)
"AtaSığorta" ASC "Azeri Business Award" mükafatının "Nüfuz və Etibar" nominasiyasına layiq görülüb.
"Ata Sığorta" şirkəti "Azeri Business Award" mükafatina layiq görülüb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

"AtaSığorta" ASC "Azeri Business Award" mükafatının "Nüfuz və Etibar" nominasiyasına layiq görülüb. Bu barədə şirkətin çərşənbə axşamı yayılan məlumatında deyilir.

4 dekabr 2010-cu il tarixində "Buta Palas"da baş tutan təntənəli mərasimdə mükafat "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Tamerlan Hacıyevə təqdim olunub.

"Azeri Business Award" Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan "Business Time" jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir. Ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edən "Azeri Business Award" Milli mükafatının qalibləri hər ilin yekunları üzrə müəyyənləşdirilir.

Ötən müddət ərzində "AtaSığorta" ASC biznes sahəsində əldə etdiyi uğurlara görə "Uğur", "Gənclərin Dostu" və b. mükafatlara da layiq görülüb.

"AtaSığorta" ASC 21 iyul 2004-cü il tarixində rəsmi dövlət qeydiyyatından keçib və 3 sentyabr 2004-cü il tarixdən etibarən isə tam lisenziyalı sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Təsisçisi "AtaHoldinq" ASC olan şirkətin nizamnamə kapitalı 4,8 milyon manat məbləğindədir. "AtaSığorta" ASC həm həyat, həm də qeyri-həyat sığorta siniflərinə aid olan 21 könüllü və 5 icbari olmaqla, ümumilikdə 26 növ üzrə sığorta xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti