...

Azərbaycan İpoteka Fondu təmin edilməmiş istiqrazlarının son hissəsini yerləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 17:39 (UTC +04:00)
Dekabrın 13-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat məbləğində faizli, adlı, sənədsiz, təmin edilməmiş istiqrazlarının ikinci emissiyasının son hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Azərbaycan İpoteka Fondu təmin edilməmiş istiqrazlarının son hissəsini yerləşdirəcək

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir N.İsmayılova/

Dekabrın 13-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat məbləğində faizli, adlı, sənədsiz, təmin edilməmiş istiqrazlarının ikinci emissiyasının son hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə AİF-in cümə günü yaydığı məlumatda deyilir.

Emissiyalar layihəsinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar 103,1992 qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazlar ödənmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

AİF-in emissiyalar prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2009-ci il dekabrın 3-də qeydə alınıb.

Emissiyaların ümumi həcmi hər birinin qiyməti min manat olmaqla illik 3,25 faiz dərəcəsi ilə 75 milyon manat təşkil edir. Yerləşdirilməsinə 2010-cu il fevralın 1-dən başlanan emissiyalardan indiyədək 70 milyon manat məbləğində istiqraz satılıb.

Xəbər lenti

Xəbər lenti