...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2011 15:48 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,79754 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,79754 manat səviyyəsində müəyyən olunub.

Manata nisbətdə dolların maksimum məzənnəsi noyabrın 10, 11 və 12-də bir ABŞ dolları üçün 0,7976 manat, minimum isə noyabrın 14-də isə 0,7974 manat müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

3 yanvar

0,7979

10 yanvar

0,7976

4 yanvar

0,7979

11 yanvar

0,7976

5 yanvar

0,7977

12 yanvar

0,7976

6 yanvar

0,7977

13 yanvar

0,7975

7 yanvar

0,7977

14 yanvar

0,7974

Həftə ərzində orta

0,79778

Həftə ərzində orta

0,79754

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti dəişşməz qalaraq, bir ABŞ dolları üçün 0,7967 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): yanvarın 10-da sövdələşmələr aparılmayıb, buna görə məzənnə əvvəliki səviyyədə qalıb, yanvarın 11-də 0,7967 AZN/USD məzənnə ilə $2,65 mln., yanvarın 12, 13, 14-də sövdələşmələr aparılmayıb, buna görə məzənnə əvvəliki səviyyədə - 0,7967 AZN/USD qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

3 yanvar

0,7967

10 yanvar

0,7967

4 yanvar

0,7967

11 yanvar

0,7967

5 yanvar

0,7967

12 yanvar

0,7967

6 yanvar

0,7967

13 yanvar

0,7967

7 yanvar

0,7967

14 yanvar

0,7967

Həftə ərzində orta

0,7967

Həftə ərzində orta

0,7967

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti