...

Azərbaycan bankı "DəmirBank" DWM INCOME FUNDS ilə kredit müqaviləsi bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2011 15:12 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" ABŞ-ın DWM fondunun vasitəçiliyi ilə DWM INCOME FUNDS maliyyə təşkilatı ilə 2,5 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "DəmirBank" DWM INCOME FUNDS ilə kredit müqaviləsi bağlayıb

Azərbaycan, Bakı, 18 yanvar/Trend/

Azərbaycan bankı "DəmirBank" ABŞ-ın DWM fondunun vasitəçiliyi ilə DWM INCOME FUNDS maliyyə təşkilatı ilə 2,5 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Üç il müddətinə imzalanan kredit müqaviləsi Azərbaycanda sahibkarlığın müxtəlif sahələrinə mikro və kiçik həcmli kreditlərin verilməsini nəzərdə tutur. Bununla da, "DəmirBank" və DWM fondu arasında bağlanmış müqavilələr üzrə cəlb edilmiş məbləğin ümumi həcmi 7,5 milyon ABŞ dolları təşkil edir.

"DəmirBank" mikro və kiçik biznes sahəsini daim diqqət mərkəzində saxlayır. Onların maliyyə imkanlarının artması, əsas və dövriyyə istehsal fondlarının yaxşılaşdırılması bizim üçün çox vacibdir. İqtisadiyyatın bu seqmenti əhalinin rifah halının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına öz tövhəsini verir və bu da "DəmirBank"ın sosial yönümlü strategiyasına tam uyğundur. Bu məqsədlə, bank bu sahənin kreditləşməsini davam etdirir və genişləndirir", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov qeyd edib.

"DəmirBank" hazırda müxtəlif kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası, USAID (ABŞ), Rosemount Global Fondu (ABŞ), BANIF (Portuqaliya), SIFEM AG İnvestisiya Fondu (İsveçrə), ING BANK (Hollandiya) və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti