...

Rəhbərlər Ernst & Young şirkətinin keçirdiyi Bank sahəsində dəyirmi masa müzakirəsinə toplaşdılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2011 16:48 (UTC +04:00)
Maliyyə sektorunun qlobal, regional və yerli istiqamətləri, borcun restrukturizasiyasına yanaşmalar, bank sahəsi üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında (“MHBS”) yeniliklər son cümə günü, 21 yanvar 2011-ci ildə Hyatt Beynəlxalq Mərkəzində Ernst & Young şirkəti tərəfindən keçirilmiş 1-ci Bank sahəsində Dəyirmi Masa gündəliyinin əsas məsələləri olmuşdur. Dəyirmi masa Azərbaycanın 30 bankından və maliyyə təşkilatından olan 40-dan çox rəhbərin iştirakı ilə müvəffəqiyyətlə keçirildi.
Rəhbərlər Ernst & Young şirkətinin keçirdiyi Bank sahəsində dəyirmi masa müzakirəsinə toplaşdılar

Maliyyə sektorunun qlobal, regional və yerli istiqamətləri, borcun restrukturizasiyasına yanaşmalar, bank sahəsi üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında ("MHBS") yeniliklər son cümə günü, 21 yanvar 2011-ci ildə Hyatt Beynəlxalq Mərkəzində Ernst & Young şirkəti tərəfindən keçirilmiş 1-ci Bank sahəsində Dəyirmi Masa gündəliyinin əsas məsələləri olmuşdur. Dəyirmi masa Azərbaycanın 30 bankından və maliyyə təşkilatından olan 40-dan çox rəhbərin iştirakı ilə müvəffəqiyyətlə keçirildi.

İlqar Vəliyev, Ernst & Young şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru, iştirakçıları səmimiyyətlə salamlamış və tədbiri açmışdır. Yiza Pena, Ernst & Young şirkətinin Azərbaycanda Qlobal Maliyyə Xidmətləri ("QMX") üzrə partnyoru, toplananları sürətlə dəyişən maliyyə sektorunun başlıca mövzuları və istiqamətləri ilə qısa şəkildə tanış etmiş, yerli problemlərə dair sonradan başlayan müzakirələr üçün müvafiq fon və şərait yaratmışdır. Andrey Sorokin, Moskvada QMX sahəsində audit partnyoru və sənaye əməliyyatlarının lideri, iqtisadi böhrandan əvvəl, böhran zamanı və böhrandan sonra MDB-nin əsas iqtisadiyyatlarında bank sektorunun meylləri və dəyişən mənzərəsini təhlil etmiş, cənab Rüstəm Tahirov, Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Nəzarəti Departamentindən olan möhtərəm qonaq, yerli tənzimləmə göstərişləri və cari mərkəzi bank siyasəti haqqında məlumat vermiş; Aleksandr Yerofeyev, müzakirə olunan məsələlər üzrə ekspert və Ernst & Young-ın MDB-də restrukturizasiya üzrə rəhbəri, Problemli borcalanların və borcun restrukturizasiyasının təhlilinə yanaşmaları müzakirə etmiş və Dmitri Vaynşteyn, MDB-nin Maliyyə Hesabatları Qrupunun rəhbəri, Bank sahəsində MHBS yenilikləri və nəticələrini təqdim etmişdir.

Bir bankirin şərhinə görə, "borcların restrukturizasiyasına dair müzakirə çox məzmunlu olmuş, bank sahəsində MHBS-na son dəyişikliklərə aid olan praktiki məsələlər isə dəyərli olmuşdur." "Dəyirmi masa bizi sənaye ilə və qəbul etdiyimiz istiqamətlə bağlı çox faydalı məlumatla, yeniliklərlə və anlamla təmin edərək, bizə strategiyamızı yenidən qiymətləndirmək və gələcək inkişafımız haqqında müvafiq qərar qəbul etmək imkanını verdi" deyərək digər bankir əlavə etdi. "Biz Ernst & Young şirkətinin növbəti bank dəyirmi masasını səbirsizliklə gözləyirik." digərləri zarafat etdi.

Tədbirin yekunu olaraq, kokteyllər, şam yeməyi və əyləncə və şən oyunlarla dolu axşam keçirildi.

Ernst & Young dünyada və Azərbaycanda

Ernst & Young audit, vergi, əməliyyatların müşahidə olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bu gün Ernst & Young 140 ölkənin 700 şəhərində idarələri olan beynəlxalq təşkilatdır. Bizim 141,000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Azərbaycanda, Ernst & Young 16 il əvvəl öz Bakı ofisini açmışdır. Hal-hazırda burada müxtəlif müştərilərə xidmət göstərən 5 partnyor və 120 əməkdaş çalışır. Yerli QMX təcrübəsinin inkişaf etməsinə sübut olaraq, Bakıda QMX üzrə təcrübəli partnyor çalışır və bizim bu sahədə ixtisaslaşmış təcrübəli mütəxəssislər komandamıza rəhbərlik edir. Bizim Azərbaycan üzrə QMX təcrübəmiz bazar meyllərini qabaqlayaraq və əvvəlcədən dəyişikliklərə hazırlayaraq, maliyyə sektorunu məhsuldarlığı artırmağa və rəqabət üstünlüyünü əldə etməyə kömək edən xidmətlərlə və qərarlarla təmin edir.

Daha ətraflı məlumatla http: //www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti