...

2010-cu ildə Azərbaycan Mərkəzi Bankının plastik kartla əməliyyatlarının həcmi 40 milyon manat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2011 12:53 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı 2010-cu il ərzində 223 mindən çox kart buraxıb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
2010-cu ildə Azərbaycan Mərkəzi Bankının plastik kartla əməliyyatlarının həcmi 40 milyon manat artıb

Аzərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankı 2010-cu il ərzində 223 mindən çox kart buraxıb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Hazırda bankın müştərilərinə aid aktiv kartların sayı 1,8 milyon ədədə yaxındır. Kartlarla əməliyyatların həcmi əvvəlki ilə nisbətən 40 milyon manat artaraq 2010-cu ildə 2,7 milyard manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2002-ci ildə kartların sayı 28 min ədəd, kartla əməliyyatların həcmi isə 71 milyon ABŞ dolları səviyyəsində olub.

Özünün prosessinq şirkətinin olması banka plastik kart sahiblərinə xidmətin keyfiyyətini yüksəltməyə və günün tələblərindən irəli gələn yeni məhsullar yaratmağa imkan verir.

Azərbaycan Beynəlxalq Bankının bankomatlar şəbəkəsi respublikanın 50-dən artıq şəhərini, o cümlədən Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir və s. əhatə edir. Bu şəbəkə 605 bankomatdan ibarətdir. Bakı şəhəri ərazisində vəsaitin nağdlaşdırılmasından başqa bütün kart əməliyyatlarını yerinə yetirən 65 "Məlumat köşkü" adlanan müasir tipli cihazlar müştərilərin ixtiyarındadır.

ABB ekvayrinq şəbəkəsini də inkişaf etdirir: hazırda 2500-dən artıq ticarət və xidmət məntəqəsi bank kartları ilə xidmətə cəlb edilib, iri mağazalarda, tanınmış butiklərdə, restoranlarda, hotellərdə və başqa obyektlərdə kartlardan istifadə üçün şərait yaradılıb.

Yanvarın 31-nə olan rəsmi məzənnə 0,7966 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti