...

Azərbaycan bankı "Bank of Baku" kiçik biznes üçün 30 000-ci krediti rəsmiləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 14:54 (UTC +04:00)
Ötən həftə "Bank of Baku" 30 000-ci kiçik biznes kreditini rəsmiləşdirdi. 30 000-ci kiçik biznes krediti "Bank of Baku"nun "Əhmədli" filialına müraciət edən 24 yaşlı Ələkbər Əliyevə verilib.
Azərbaycan bankı "Bank of Baku" kiçik biznes üçün 30 000-ci krediti rəsmiləşdirib

Azərbaycan, Bakı, 2 fevral/Trend/

Ötən həftə "Bank of Baku" 30 000-ci kiçik biznes kreditini rəsmiləşdirdi. 30 000-ci kiçik biznes krediti "Bank of Baku"nun "Əhmədli" filialına müraciət edən 24 yaşlı Ələkbər Əliyevə verilib. Müsbət kredit tarixçəsinə malik olan Ə.Əliyevə 2000 ABŞ dolları məbləğində 12 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq - illik 1 faiz dərəcəsi ilə kredit ayrıldı.

"Bankın təkrar müştərisi olan Ə.Əliyev növbəti dəfə "Bank of Baku"ya müraciət edərək bankın şərtlərinin rahat və əlverişli olduğunu bir daha təsdiqlədi. Hazırda müştərimiz kiçik bizneslə məşğuldur, bundan əlavə tikinti sahəsində də çalışır, ailəlidir", - bankın məlumatında deyilir.

Bundan əlavə, faydalı kreditlə bərabər "Bank of Baku"nun 30 000-ci kiçik biznes krediti qalib-müştərisinə təntənəli şəkildə hədiyyə paketi təqdim olundu: 1 il müddətinə MC Gold növlü plastik kartı (sığorta məbləği tətbiq edilmədən və xidmət haqqı ödənilmədən), 6 ay müddətinə SMS Bankinq və 1 il müddətinə İnternet Bankinq xidmətlərinə pulsuz qoşulmaq imkanı.

Müştərilərinə daha da yaxın olmaq məqsədilə "Bank of Baku" daim məhsul xəttinin və xidmət səviyyəsinin inkişafı üzərində çalışır, həmçinin kiçik biznesin kreditləşməsi istiqamətində öz uğurlu fəaliyyətini davam etdirir. Hazırda "Bank of Baku"da sadələşdirilmiş şərtlərlə təklif edilən kiçik biznes kreditlərinin həcmi illik 25 faizdən başlayan faizlərlə 300 - 30 000 ABŞ dolları (və ya manat ekvivalenti) təşkil edir. Ümumilikdə, bu günə olan göstəricilərə əsasən, "Bank of Baku" öz fəaliyyəti dövründə biznes subyektlərinin kreditləşməsinə müxtəlif valyutalarda 300 milyon manatdan artıq vəsait ayrılıb. Kiçik biznes kreditləri ilə yanaşı, "Bank of Baku" potensial müştərilərə 30 000 - 300 000 ABŞ dolları məbləğində ortahəcmli biznes kreditləri, korporativ müştərilərinə isə daha böyük məbləğlərdə və daha sərfəli şərtlərlə irihəcmli biznes kreditlərini də təklif edir. Bu istiqamətdə bank Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Sahibkarlığa Kömək Milli Fondu, Alman-Azərbaycan Fondu ilə sıx əməkdaşlıq edir.

Hazırda "Bank of Baku"nun Azərbaycan üzrə 16 filialı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti