...

Azərbaycanın lizinq şirkəti istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2011 13:57 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Finans Lizinq" ASC-nin ümumi məbləği 400 min manat olan təmin olunmamış, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend-ə çərşənbə günü Bakı Fond Birjasından məlumat verilib.
Azərbaycanın lizinq şirkəti istiqrazlar buraxır

Azərbaycan, Bakı, 9 fevral /Trend /

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Finans Lizinq" ASC-nin ümumi məbləği 400 min manat olan təmin olunmamış, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend-ə çərşənbə günü Bakı Fond Birjasından məlumat verilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 800 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti illik 15 faizlə 720 gün və faizlərin ödəniş dövrü 30 gündür. Yerləşdirmənin anderrayteri kimi "Caspian Financial" MMC çıxış edir.

Emissiya prospektinə görə, yerləşdirmə Bakı Fond Birjasında açıq abunə üsulu ilə həyata keçiriləcək.

"Finans Lizinq" ASC dövlət qeydiyyatından 2007-ci il aprelin 2-də keçib. Hazırda ASC-nin səhmdarları qismində 16 fiziki şəxs çıxış edir. Səhmlərin əsas payı isə Azad Cavadova və Tokay Şahəlizadəyə (hər biri 15,83 faiz), Mobil Şərifova (15,17 faiz) və İbrahim İbrahimova (10 faiz) məxsusdir.

Fevralın 9-na olan rəsmi məzənnə 0, 7958 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti