...

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması 2011-ci ilin əsas vəzifələrindən biri olacaq - vergilər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2011 14:48 (UTC +04:00)
2011-ci ildə Azərbaycanın Vergilər Nazirliyi qarşısında duran əsas vəzifələrdən biri nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Trend-in məlumatına görə, bunu cümə günü vergilər naziri Fazil Məmmədov vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda keçirilən tədbirdə bildirib.
Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması 2011-ci ilin əsas vəzifələrindən biri olacaq  - vergilər naziri

Azərbaycan, Bakı, 11 fevral / Trend, müxbir N.İsmayılova /

2011-ci ildə Azərbaycanın Vergilər Nazirliyi qarşısında duran əsas vəzifələrdən biri nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Trend-in məlumatına görə, bunu cümə günü vergilər naziri Fazil Məmmədov vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda keçirilən tədbirdə bildirib.

"Bu il, həmçinin qeyri-bank sistemində vergi və rüsumların ödənişinin minimuma endirilməsi üzrə işlər görüləcək", - nazir bildirib.

Nağdsız ödənişlərin stimullaşdırılması üçün Vergilər Nazirliyinin və Mərkəzi Bankın əməkdaşlarından ibarət birgə işçi qrup yaradılıb. Bu qrup ticarət sahəsində nağdsız hesabların həcminin artırılması üçün təkliflərin hazırlanması ilə də məşğul olacaq. Respublikada nağdsız ödənişlərin stimullaşdırılması üzrə tədbirlərdən biri də mal və xidmətlərin haqqının plastik kartlar vasitəsilə ödənilməsinə imkan yaradan vergiödəyicilər, eləcə də alıcılar üçün stimullaşdırıcı lotereyalar üzrə vergi güzəştləri ola bilər.

Nağdsız ödənişlərin stimullaşdırılması şəffaflığın artırılması və bank sektorunun inkişafına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti