...

2010-cu ildə Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar təxminən 51 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2011 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.Xəlilova/

İlkin məlumatlara görə, 2010-cu ildə Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 8,2 milyard dollar təşkil edib ki, bu da 2009-cu ildəki analoji dövrün göstəricisindən 50,8 faiz çoxdur. Bu barədə çərşənbə axşamı ölkənin Dövlət Statistika Komitəsindən məlumat verilib.

Birbaşa investisiyaların xüsusi çəkisi 43,8 faiz və ya 3614,9 milyon dollar çoxdur, ölkəyə maliyyə kreditləri şəklində 3405,9 milyon dollar vəsait (investisiyaların ümumi həcminin 41,3 faizi) daxil olub.

Ölkənin qeyri-neft sektoruna birbaşa investisiyalar 2009-cu illə müqayisədə 5,6 faiz artaraq 659,6 milyon dollara çatıb.

Xəbər lenti

Xəbər lenti