...

Azərbaycanda sürücülər cərimələri POS-terminallar vasitəsilə ödəyəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 17:30 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankında (ABB) və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində postlarda və patrul avtomobillərində simsiz POS-terminalların quraşdırılması işlərinə başlamaq haqqında qərar qəbul edilib.
Azərbaycanda sürücülər cərimələri POS-terminallar vasitəsilə ödəyəcəklər

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycan Beynəlxalq Bankında (ABB) və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində postlarda və patrul avtomobillərində simsiz POS-terminalların quraşdırılması işlərinə başlamaq haqqında qərar qəbul edilib. Bu barədə cümə günü Trend-ə ABB-dən məlumat verilib.

Qaydanı pozan sürücülərin yerində cərimə ödəyəcəkləri 20 terminal artıq quraşdırılıb. Hələlik yalnız bir maddə üzrə, daha doğrusu, 20 manatadək olan cərimələr tətbiq edilir. Sonralar, daha dəqiq, iki həftə ərzində bütün cərimələrin POS-terminallar vasitəsilə ödənilməsi sisteminin quraşdırılması planlaşdırılır. Bu sistemdən istifadə həm müfəttişlər, həm də sürücülər üçün xeyli rahat olacaq.

"Bu istiqamətdə iş aparılır və ABB lazım olan köməyi, eləcə də maddi dəstəyi göstərir, bankın törəmə müəssisəsi olan "AzeriCard" prosessinq şirkəti texniki və proqram dəstəyini öz üzərinə götürüb", - məlumatda deyilir.

Yaxın iki həftə ərzində ABB və "AzeriCard" BDYPİ-nin sifarişi ilə zəruri sayda terminalların istismara verilməsini, bütün post və patrul avtomobillərini POS-terminallarla təchiz etməyi planlaşdırır.

Bundan sonra sürücülər yerində, bilavasitə DYP-nin xidməti avtomobillərində cəriməni ödəyəcək və əvəzində qəbz alacaqlar. POS-terminal cərimə qəbzinin iki nüxsəsini verir ki, onlardan biri qaydanı pozan şəxsə verilir, digər orijinal çek isə tərtib olunmuş inzibati protokola bərkidilir.

Qısa müddət ərzində yol hərəkətində qaydaların pozulmasına görə ödəniş terminallarından istifadə onların rahatlığını sübut edəcək.

"Belə qaydada cərimə ödəyən bankımızın müştəriləri hesab edirlər ki, belə yeniliklər bu proseduru xeyli asanlaşdırır. Cərimələrin ödənilməsinin bu üsulu bir də ona görə rahatdır ki, sürücü cərimə ödənişi məntəqəsində növbədə vaxt itirmir", - məlumatda deyilir.

Bunun üçün qaydanı pozan sürücünün yanında bank kartının olması vacibdir.

Xəbər lenti

Xəbər lenti