...

Gürcüstanda ekipajının tərkibində Azərbaycan vətəndaşları da olan gəmi saxlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 14:20 (UTC +04:00)
Batumi limanının səkkizinci yanalmasının çirkləndirilməsi faktı ilə bağlı Moldova bayrağı altında üzən "Galisa" quru yük gəmisi saxlanılıb. Bu barədə Trend-ə Gürcüstan Sərhəd Polisindən məlumat verilib.
Gürcüstanda ekipajının tərkibində Azərbaycan vətəndaşları da olan gəmi saxlanılıb

Gürcüstan, Tbilisi, 10 mart /Trend, müxbir N.Kirsxaliya/

Batumi limanının səkkizinci yanalmasının çirkləndirilməsi faktı ilə bağlı Moldova bayrağı altında üzən "Galisa" quru yük gəmisi saxlanılıb. Bu barədə Trend-ə Gürcüstan Sərhəd Polisindən məlumat verilib.

Saxlanmanı Sərhəd Polisinin Baş İstintaq-Əməliyyat İdarəsinin və Qara dəniz Konvensiya Müfəttişliyinin əməkdaşları həyata keçiriblər.

Saxlanılan gəminin ekipajı 12 nəfərdən ibarətdir. Onların arasında bir Rusiya, beş Ukrayna, üç Azərbaycan vətəndaşı var.

Gəminin kapitanı olan Rusiya vətəndaşı Vladimir Mamatkova qarşı inzibati araşdırma başlanılıb.

Batumi şəhər məhkəməsinin qərarına əsasən, kapitana qarşı 65 min lari məbləğində, eləcə də ətraf mühitə vurulan zərərə görə 55 lari məbləğində cərimə tətbiq edilib.

Cərimə ödənildikdən sonra gəmi sərbəst üzmək hüququ alıb.

Xəbər lenti

Xəbər lenti