...

Aİ qiymətli kağızlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsində Azərbaycana kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 20:15 (UTC +04:00)
Cümə axşamı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və institusional inkişaf" tvinninq lahiyəsinin ilkin şərtlər toplusunun təqdimatı keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.
Aİ qiymətli kağızlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsində Azərbaycana kömək edir

Azərbaycan, Bakı, 17 mart /Trend/

Cümə axşamı Aİ-nin Azərbaycandakı nümayəndəliyində "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və institusional inkişaf" tvininq lahiyəsinin ilkin şərtlər toplusunun təqdimatı keçirilib. Bu barədə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaliyyətlə əlaqələr sektorundan Trend-ə məlumat verilib.

Təqdimatda normativ-hüquqi sənədlərin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və hazırlanmasını nəzərdə tutan yeni qanunvericiliyin tətbiqi ilə əlaqədar geniş məlumat verilib. Tərəflər ilkin şərtlər toplusu ilə bağlı rəylərini bildirib və Avropa Komissiyası tərəfindən cəlb olunmuş mütəxəssislərin Azərbaycana növbəti səfəri çərçivəsində yekun sənədin hazırlanmasında həmin qeydlərin nəzərə alınmasını razılaşdırıblar.

Tvininq layihəsi üzrə şərtlər toplusunun hazırlanması məqsədilə 7-18 mart 2011-ci tarixlərində Avropa Komissiyası tərəfindən cəlb olunmuş mütəxəssislər Azərbaycanda səfərdədirlər. Səfər çərçivəsində QKDK-nın müvafiq struktur bölmələri, qiymətli kağızlar bazarı institutları və peşəkar iştirakçıları ilə görüşlər keçirilib və qeyd olunan layihənin səmərəliliyini təmin etmək məqsədilə məsləhətləşmələr aparılıb.

Xəbər lenti

Xəbər lenti