...

AYİB-in layihə iştirakçıları və Bakı Fond Birjası CFA I üzrə sertifikatlaşdırmadan keçiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2011 15:39 (UTC +04:00)
CFA I rəsmi proqramının əsasında tərtib edilmiş kurslar 2 dekabr 2010-cu il - 15 fevral 2011-ci il tarixləri arasında keçirilib. Bütün iştirakçılar CFA imtahanında iştirak etmək üçün zəruri olan rəsmi ədəbiyyat və avadanlıqlarla təmin ediliblər.
AYİB-in layihə iştirakçıları və Bakı Fond Birjası CFA I üzrə sertifikatlaşdırmadan keçiblər

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilən və Vyana Fond Birjası və CAPMEX şirkətinin məsləhətçiləri tərəfindən keçirilən "Bakı Fond Birjası: Kapital Bazarları üzrə Treninq" layihəsinin ikinci fazasının iştirakçılarına qısaldılmış CFA I treninqlərində iştirak sertifikatları təqdim edilib. Trend-in məlumatına görə, bu barədə BFB-nin şənbə günü yaydığı məlumatda deyilir.

CFA I rəsmi proqramının əsasında tərtib edilmiş kurslar 2 dekabr 2010-cu il - 15 fevral 2011-ci il tarixləri arasında keçirilib. Bütün iştirakçılar CFA imtahanında iştirak etmək üçün zəruri olan rəsmi ədəbiyyat və avadanlıqlarla təmin ediliblər.

Bu treninqlər "Kapital bazarları üzrə konsaltinq xidmətləri və treninqlər" layihəsinin ikinci komponentidir, bazar iştirakçılarının və bütün maraqlı tərəflərin maliyyə-analitik potensialının artırılmasına xidmət edir.

Bakı Fond Birjasının (BFB) layihəsinin birinci hissəsi çərçivəsində məşhur xarici ekspertlər, Avropa birjalarının direktorlar şuralarının əvvəlki sədr və üzvləri tərəfindən strateji planlaşdırma və risklərin idarə edilməsi mövzuları üzrə konsaltinq xidmətləri təqdim edilib.

Xəbər lenti

Xəbər lenti