...

AZAL Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi veb tariflər tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2011 11:23 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Dubay-Bakı istiqamətində xüsusi güzəştli veb tariflər tətbiq olunduğunu bildirir.
AZAL Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi veb tariflər tətbiq edib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Dubay-Bakı istiqamətində xüsusi güzəştli veb tariflər tətbiq olunduğunu bildirir. Trend-in məlumatına görə, bu barədə AZAL-dan bildirilib. Bu tariflər aviaşirkətin /www.azal.az/ rəsmi saytı vasitəsilə bilet əldə etmək üçün nəzərdə tutulub. Bundan sonra Bakı-Dubay-Bakı istiqamətində aviabiletlərin veb tarifləri aşağıdakı kimi olacaq:

Bakıdan uçuş zamanı:

Gediş - 125 avrodan başlayaraq (hava limanı rüsumları və takslar nəzərə alınmayıb) və gediş-dönüş - 186 avrodan başlayaraq (hava limanı rüsumları və takslar nəzərə alınmayıb).

Dubaydan uçuş zamanı:

Gediş - 640 AED-dən başlayaraq (hava limanı rüsumları və takslar nəzərə alınmayıb) və gediş-dönüş - 940 AED-dən başlayaraq (hava limanı rüsumları və takslar nəzərə alınmayıb) .

Xəbər lenti

Xəbər lenti