Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir N.İsmayılova/
Martda Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə şübhəli əməliyyatlar üzrə 1868 və cari əməliyyatlar üzrə 16 291 məlumat daxil olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü xidmətdən bildirilib. Martda xidmətə ümumilikdə, 18 159 məlumat daxil olub ki, bu da fevraldakı göstəricidən 11,9 faiz çoxdur.
Yanvarda şübhəli əməliyyatlar üzrə 2006, cari əməliyyatlar üzrə 13 375 məlumat daxil olub.
Monitorinq xidməti kredit, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarı və kredit təşkilatlarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt şöbələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, sərmayə fondları, qiymətli metal və daşlar və onlardan düzəldilmiş məmulatlarla bağlı sövdələşmələr, qeyri-hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlak alqı-satqısı xidməti göstərən şəxslər (rieltorlar), vəkillər, auditorlar, daşınmaz əmlakla bağlı sövdələşmələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesablarının fəaliyyətini əhatə edir.
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 2009-cu il 23 fevral tarixli fərmanına uyğun olaraq yaradılıb.