...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi "Nataxtari" içkilərində markalanmada göstərilməyən boyaq maddələri aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2011 19:56 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Gürcüstanın "Nataxtari" içkilərində məhsulun markalanmasında göstərilməyən qida məhsulları üçün nəzərdə tutulmuş tartrazin (E-102) və indiqokarmin (E-132) boyaq maddələrini aşkar edib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin çərşənbə günü yaydığı məlumatda deyilir
Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi "Nataxtari" içkilərində markalanmada göstərilməyən boyaq maddələri aşkar edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Gürcüstanın "Nataxtari" içkilərində məhsulun markalanmasında göstərilməyən qida məhsulları üçün nəzərdə tutulmuş tartrazin (E-102) və indiqokarmin (E-132) boyaq maddələrini aşkar edib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Gürcüstan istehsalı olan "Nataxtari" markalı tərxun, duşes və üzüm alkoqolsuz içkilərinin ölkəyə idxalı və satışı ilə məşğul olan "EVE-S" MMC-də aparılan yoxlamalar zamanı götürülən məhsulun nümunələri komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına verilib.

"E" markalı qida qatqıları üçün mövcud olan tələbə əsasən məhsul istehsalı zamanı bu maddələrdən istifadə olunduğu təqdirdə, məhsulun markalanmasında qeyd olunmaqla istehlakçının məlumat alması təmin olunmalıdır", - dövlət komitəsinin məlumatında deyilir.

Aşkar edilmiş pozuntularla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti