Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Axundov/
Azərbaycanın "A-Qroup" sığorta şirkəti rəsmi saytında polislərin "online" ödəniş sistemini tətbiq edib. Trend-in məlumatına görə, bu barədə şirkətdən bildirilib.
Bunun üçün istənilən VISA, MasterCard və Maestro plastik kartlarından istifadə etmək olar.
"Online" ödəmə menyusundan, həmçinin nəqliyyat, əmlak və digər sığorta növləri üzrə ödənişlər həyata keçirmək olar.
"A-Qroup" 1995-ci ildə təsis edilib və sığortanın 14 könüllü və 3 icbari növü üzrə xidmət göstərir. 2010-cu ilin yekunları üzrə şirkətin məcmu kapitalı 4,862 milyon manat təşkil edərək 2009-cu illə müqayisədə 5,33 faiz artıb. "A-Qroup" MMC-nin ödənilmiş nizamnamə kapitalı il ərzində 71 faiz artaraq 2,65 milyon manata çatıb.
Birinci rübdə sığorta haqları 1,149 milyon manat ödənişlə 4,375 milyon manat təşkil edib.