...

Azərbaycan bankı "Dəmirbank" təhsil müəssisələrinin əməkdaşları üçün kredit təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2011 13:40 (UTC +04:00)
"DəmirBank" dövlət və özəl təhsil müəssisələrində çalışanlar üçün yeni kredit məhsulları təqdim etməyə başlayıb. Kredit proqramının şərtlərinə əsasən, müştərilər 5000 manata qədər 24 ay müddətinədək kredit əldə edə bilərlər.
Azərbaycan bankı "Dəmirbank" təhsil müəssisələrinin əməkdaşları üçün kredit təqdim edir

Azərbaycan, Bakı, 5 may /Trend/

"DəmirBank" dövlət və özəl təhsil müəssisələrində çalışanlar üçün yeni kredit məhsulları təqdim etməyə başlayıb. Kredit proqramının şərtlərinə əsasən, müştərilər 5000 manata qədər 24 ay müddətinədək kredit əldə edə bilərlər.

Orta təhsil və orta ixtisas təhsili müəssisələrində çalışan əməkdaşlara 1 000 manatadək, ali təhsil müəssisələrində çalışan əməkdaşlara isə 2 000 manatadək məbləğdə kreditlər üçün 3-cü şəxsin zaminliyi tələb edilmir.

Kredit alanlara "DəmirBank"ın VISA Classic və ya MasterCard Standard plastik kartı hədiyyə edilir. Kreditin fərqli xüsusiyyətlərindən biri "Əməkdar müəllim" fəxri adı ilə təltif edilmiş təhsil işçilərinə kreditin faiz dərəcəsindən 3 faiz güzəşt təqdim edilməsidir.

"DəmirBank" dövlət və özəl təhsil müəssisələrini, eləcə də təhsil sahəsində fəaliyyət göstərən digər təşkilatları bu proqram üzrə əməkdaşlığa dəvət edir. Bu proqrama cəlb edilən təhsil müəssisələrinin əməkdaşlarına kreditlərin verilməsi daha sadə formada həyata keçirilə bilər.

"DəmirBank" kreditləşmə əməliyyatlarını genişləndirməyi davam etdirir. 2011-ci ilin ilk rübünün yekunlarına əsasən, müştərilərə verilən kreditlərin həcmi 235,6 milyon manatı keçib. Kredit portfelində sosial yönümlü kreditlərin həcmi hər il artmaqdadır. Sosial sahəni əhatə edən kreditlər bizim üçün prioritet istiqamətlərdəndir. Təqdim edilən yeni proqram təhsil işçiləri üçün kredit imkanlarının genişləndirilməsinə xidmət edəcək", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" əhaliyə və şirkətlərə müxtəlif istehlak, ipoteka və biznes kreditləri təklif edir. Bankın kredit məhsulları barədə ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq, Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək və ya Bankın filiallarına müraciət etmək olar.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti