...

Azərbaycan radiosunda "Kapital zamanı" adlı yeni veriliş efirə çıxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2011 18:36 (UTC +04:00)
Mayın 15-dən Kapital Bank ilə Radio Antenn 101 FM-in birgə layihəsi olan "Kapital zamanı" verilişinin nümayişinə başlanır.
Azərbaycan radiosunda "Kapital zamanı" adlı yeni veriliş efirə çıxacaq

Azərbaycan, Bakı, 12 may /Trend/

Mayın 15-dən Kapital Bank ilə Radio Antenn 101 FM-in birgə layihəsi olan "Kapital zamanı" verilişinin nümayişinə başlanır. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Layihədə məqsəd əhalini bank fəaliyyəti ilə bağlı maarifləndirmək, nağdsız ödənişlərə marağı artırmaq, ödəniş kartların satışını gücləndirməkdir.

"Kapital zamanı" verilişi həftə içi 5 gün, saat 19:00-20:00 arasında efirə çıxacaq. Canlı formatda yayımlanan veriliş informativ və viktorina hissələrindən ibarət olacaq. İnformativ hissədə Kapital Bankın fəaliyyəti haqqında radio dinləyicilərinə məlumat veriləcək. Eyni zamanda, həftədə bir dəfə bankın əməkdaşı dinləyiciləri maraqlandıran sualları cavablandıracaq. Viktorina hissəsi isə 3 turdan ibarət olacaq. Birinci tur ancaq Kapital Bankın ödəmə kart sahibləri üçün nəzərdə tutulur. Bu turda ödəniş kartının son dörd rəqəmini SMS vasitəsilə göndərən ilk iştirakçı mükafata sahib olacaq. İkinci turda Kapital Bankdan kart sahibi olmaq istəyən dinləyicilər yarışacaq. Bu turun şərtlərinə görə, Kapital Bankın fəaliyyəti və ümumi bank sistemi haqqında 2 sualı düzgün cavablandıran şəxsə Bankın "VISA CLASSIC" ödəniş kartı və bu karta köçürülməklə 30 manat hədiyyə ediləcək.

Viktorinanın üçüncü turunda isə hər bir dinləyici iştirak edə bilər. Bu turda hər iştirakçıya Kapital Bankın xidmət haqları barədə 1 sual veriləcək. Qalib şəxs 5 diskdən ibarət hədiyyə paketi qazanacaq. Layihənin avqusta qədər davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti