Azərbaycan, Bakı, 12 may /Trend/
Mayın 11-də televiziya ekranlarında yayımlanacaq "Extreme" şousunun iştirakçılarına uzaq Namibiyaya yola çıxmazdan əvvəl "Başak-İnam Sığorta Şirkəti" ASC tərəfindən səyahət və fərdi qəza sığortaları təqdim edilib. Bundan əlavə, şirkət bütün şou iştirakçılarının tibbi müayinəsini və peyvənd olunmasını da təmin edib.
Trend-in məlumatına görə, şou iştirakçıları "Başak-İnam Sığorta Şirkəti" ASC-nin sektora təqdim etdiyi yeni səyahət sığortası paketini əldə etməklə 10 sığorta təminatı, fərdi qəza sığortası üzrə isə ölüm və ömürlük əlillik təminatlarını əldə etmiş oldular.
Yeni səyahət sığortası paketi "Başak-İnam Sığorta Şirkəti"nin dünyanın ən böyük müstəqil asistans şirkəti olan CORIS INTERNATIONAL-la bağladığı müqaviləyə əsasən hazırlanıb və bu məhsulun ilk istifadəçiləri "Extreme" şousunun iştirakçıları oldu.
İştirakçı və texniki heyət "Səyahət sığortası" üzrə 30 000 avro, "Fərdi qəza sığortası" üzrə isə 50 000 ABŞ dolları həcmində sığortalanıblar.
"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən "Başak Sığorta" AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi İNAM təkrar sığorta şirkətinin ortaqlığı ilə "Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta" QSC adı altında təsis edilib. Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC də qoşulub. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA "Başak Sığorta" AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılıb. 2008-ci ildə qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən, 23 yanvar 2009-cu il tarixdən şirkət öz təşkilati-hüquqi formasını QSC-dən ASC-yə dəyişib. Hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 370 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir.