...

Gün ərzində Bakının su xətlərində 40 sızma və qəza halları qeydə alınır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2011 16:05 (UTC +04:00)
Gün ərzində Bakı şəhərindəki su xətlərində orta hesabla 40 sızma və qəza, kanalizasiya xətlərində isə 150 tutulma halları qeydə alınır.
Gün ərzində Bakının su xətlərində 40 sızma və qəza halları qeydə alınır

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Axundov/

Gün ərzində Bakı şəhərindəki su xətlərində orta hesabla 40 sızma və qəza, kanalizasiya xətlərində isə 150 tutulma halları qeydə alınır. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərsu" ASC-nin Operativ idarəetmə şöbəsi məlumat verib.

"Son günlər havaların istiləşməsi və temperaturun yüksəlməsi ilə əlaqədar Bakı şəhərində və Abşeron yarımadasında içməli suya tələbatın artımı müşahidə olunur. "Azərsu" ASC abunəçilərin su təchizatında mövcud qrafikdən kənarlaşmalara yol verilməməsi və istehlakçıların artan tələbatını ödəmək üçün mənbələrdən götürülən və xətlərə vurulan suyun həcmini artırıb. Tələbatı ödəmək və bütün istehlakçılara normal həcmdə içməli su verilməsi üçün magistral və məhəllədaxili kəmərlərdə təzyiqlər artırılıb", - məlumatda deyilir.

Təzyiqin yüksəlməsi isə istismar müddətini başa vurmuş və fiziki cəhətdən köhnəlmiş borularda tez-tez sızma və qəzalarla müşahidə olunur.

Bunları nəzərə alaraq "Azərsu" ASC əhalidən və istehlakçılardan xahiş edir ki, su təminatında yaranmış problemlər, həmçinin magistral xətt və küçələrdə hər hansı qəza və sızma halları ilə rastlaşdıqda dərhal şəhər telefonlarından 961 nömrəli qaynar xəttə, həmçinin 431-41-67, 431-39-42 nömrələrinə zəng edib məlumat versinlər.

Xəbər lenti

Xəbər lenti