...

Azərbaycanda daha bir keyfiyyətsiz sərinləşdirici içki istehsalçısı aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2011 18:18 (UTC +04:00)
Bundan başqa, normativ sənədlərə əsasən, müəssisədə istehsal edilən sərinləşdirci içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar mütləq qeyd edilməli olduğu halda, etiketlərdə həmin məlumatın göstərilmədiyi aşkar edilib.
Azərbaycanda daha bir keyfiyyətsiz sərinləşdirici içki istehsalçısı aşkarlanıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsində "Mahmud Topçu K" İKF-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Bakinskiy dvorik" və "Rayskiy dvorik" adlı sərinləşdirici içkilərin etiketlərində məhsulun istehsal ilinin, eləcə də Azərbaycan dilində məlumatların göstərilmədiyi, "Kryuşon" adlı sərinləşdirici içkinin etiketində isə 2 fərqli saxlama müddətinin qeyd olunduğu müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin məlumatında deyilir.

Bundan başqa, normativ sənədlərə əsasən, müəssisədə istehsal edilən sərinləşdirci içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar mütləq qeyd edilməli olduğu halda, etiketlərdə həmin məlumatın göstərilmədiyi aşkar edilib.

Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti