Azərbaycan, Bakı, 24 may /Trend, müxbir N.İsmayılova/
Çərşənbə axşamı Azərbaycanda İqtisadi İnkişaf, Ədliyyə nazirliklərinin, Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Milli Sahibkarlar Konfederasiyası və Aİ-nin Tvininq layihəsinin təşkili və ölkə parlamentinin dəstəyi ilə "Monitorinqlər sisteminin təkmilləşdirilməsi: beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqi" mövzusunda seminar keçirilib.
Seminar çərçivəsində Böyük Britaniya, Kanada, Litva, Latviya, Estoniya və Ukrayna kimi ölkələrdə bu sahədəki təcrübə müzakirə olunub.
Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, son illlər ölkədə sahibkarlıq fəaliyyətinin əsassız yoxlanılmasının aradan qaldırılması üzrə işlər görülür.
Seminar monitorinqlərin aparılması sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və onun Azərbaycanda tətbiqi məqsədilə keçirilib. Seminar çərçivəsində monitorinqlərin elektron reyestri, yoxlama aktları, qida məhsullarının təhlükəsizliyinin yoxlanılması kimi mövzularla bağlı təqdimatlar keçirilib.