...

4 il ərzində Azərbaycanda ünvanların elektron reyestri tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2011 14:47 (UTC +04:00)
Azərbaycanda binalardakı girişlərə ünvanlar veriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda Norveçin Kadastr və Xəritəçəkmə Agetliyinin nümayəndəsi Xelqe Onsurd "Azərbaycanda ünvanlar reyestri: vəzifə və perspektivlər" mövzusunda təqdimatda deyib.
4 il ərzində Azərbaycanda ünvanların elektron reyestri tətbiq ediləcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda binalardakı girişlərə ünvanlar veriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda Norveçin Kadastr və Xəritəçəkmə Agetliyinin nümayəndəsi Xelqe Onsurd "Azərbaycanda ünvanlar reyestri: vəzifə və perspektivlər" mövzusunda təqdimatda deyib.

"İndi ölkədəki bütün binaların nəzərə alınmayan bir sıra girişləri var, çünki yalnız binalar nömrələnir. Hər bir giriş üçün ünvan Avropa standartlarına cavab verən çox rahat sistemdir, çünki onun tətbiqi ilə tələb olunan ünvanı tapmaq asandır", - Onsurd vurğulayıb.

Onun sözlərinə görə, Norveç agentliyi Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlıqla artıq bu reyestrin yaradılmasına başlayıb.

"Bu il ərzində biz ünvanların elektron reyestri üçün sistemi yığa bilərik və bu reyestrin yaradılması üzrə işlərin bir hissəsi kimi avtomobil yollarının və küçələrin reyestri hazırlanacaq", - Onsurd qeyd edib.

Onun sözlərinə görə, layihə bütün ölkəni əhatə edir. Layihənin həm Bakı, həm də ölkə üzrə 3-4 ildən sonra istismara verilməsi nəzərdə tutulub.

Bundan əvvəl reyestrin yaradılması məqsədilə Azərbaycan və Norveç hökumətləri qrant sazişi imzalayıblar.

Xəbər lenti

Xəbər lenti