Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir N.İsmayılova/
Mayda Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ayla müqayisədə 0,4 faiz ucuzlaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ay ərzində ərzaq məhsullarının qiyməti 0,9 faiz ucuzlaşıb.
Mayda ərzaq məhsullarından qarabaşaq yarması, toyuq əti, un, düyü, təzə balıq, süd və şəkər tozu, kərə yağı, limon, portağal, naringi, banan, armud, alça, çiyələk, kələm, göbələk, xiyar, pomidor, badımcan, lobya, kök, sarımsaq, soğan və kartofun qiyməti ucuzlaşıb.
Ötən ay ərzaq məhsullarından mannı yarması, mal və qoyun əti, makaron məmulatları, bitki yağı, alma, naringi, şabalıd, kələmin qiymətlərində qeydə alınıb.