...

Azərbaycanda bütün iqtisadi qurumlar üçün vahid telefon məlumat xidməti yaradılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2011 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanda universal telefon məlumat xidmətinin yaradılması planlaşdırılır. Onun fəaliyyəti iqtisadi sahədə bütün dövlət qurumlarını əhatə edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı respublikada iyunun 18-də qeyd edilən insan hüquqlarının qorunması gününə həsr edilən tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

"Universal telefon xidmətinin yaradılması üzərində işin Vergilər Nazirliyinin 195 nömrəli məlumat xidmətinin bazası əsasında aparılması nəzərdə tutulur. Bu layihə üzərində iş ötən ilin avqustundan başlayıb və bununla əlaqədar Nazirlər Kabinetinin sərəncam layihəsi hazırlanıb. Bütün iqtisadi dövlət qurumlarından müsbət rəylər alınıb. Universal telefon xidmətinə Maliyyə Nazirliyinin qoşulması barədə razılığın alınması qalıb", - nazir müavini deyib.

"Universal telefon xidmətinin yaradılmasında əsas məqsəd sahibkarlara göstərilən dövlət dəstəyinin səmərəliliyinin artırılması, dövlət və sahibkarlar arasında münasibətlərin yaxşılaşdırılması və sadələşdirilməsi, əhalinin hüquqi və iqtisadi maarifləndirilməsinin yaxşılaşdırılmasıdır", - Ələkbərov vurğulayıb.

195 saylı məlumat xidməti 2003-cü ilin sonundan fəaliyyət göstərir və həmin dövrdə yalnız Bakını əhatə edib. 2006-cı ildən bu xidmətdən pulsuz əsasda bütün respublika üzrə vergiödəyicilər istifadə edə bilirlər. 2009-cu il sentyabrın 1-dən İqtisadi İnkişaf Nazirliyinin 195-2 saylı telefon xidməti İqtisadi İnkişaf Nazirliyinin Vergilər Nazirliyinin məlumat mərkəzinə qoşulması vasitəsilə yaradılıb.

Vergilər Nazirliyinin 195 saylı telefon məlumat xidməti sutka ərzində və iki rejimdə (avtomatik və birbaşa) işləyir. 2011-ci ilin yanvar-may aylarında telefon xidmətinə daxil olan 108 419 müraciətin 57 301-i avtomatik rejimdə daxil olub, 51 118 müraciət üzrə nazirliyin mütəxəssislər tərəfindən birbaşa rejimdə cavablar verilib.

2010-cu il ərzində telefon xidmətinə 236 min müraciət daxil olub.

Telefon məlumat xidməti vergilər orqanına getmədən vergi qanunvericiliyi üzrə operativ məlumatın əldəe dilməsi üçün nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti