...

Azərbaycanın Beyləqan rayonunda maliyyələşdirmənin prioritet sahələri müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 12:11 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda müəyyən prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib.

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda müəyyən prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

2011-ci il iyunun 10-da Beyləqanda keçirilən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Beyləqan rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir texnologiyanın tətbiqinə əsaslanan ətlik və ya südlük istiqamətli cins heyvandarlıq kompleksinin yaradılması;

- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması.

- yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin yaradılması.

Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

Xəbər lenti

Xəbər lenti