...

"Başak-İnam Sığorta Şirkəti" ASC "Gələcəyimizi Sığortalayaq" layihəsinin ilk mərhələsi üzrə nəticələri açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 12:00 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC "Gələcəyimizi Sığortalayaq" layihəsinin ilk mərhələsi üzrə nəticələri açıqladı
"Başak-İnam Sığorta Şirkəti" ASC  "Gələcəyimizi Sığortalayaq" layihəsinin ilk mərhələsi üzrə nəticələri açıqladı

"Başak-İnam Sığorta Şirkəti" ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixdə imzalanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncamını əsas tutaraq başlatdıqları "Gələcəyimizi Sığortalayaq" layihəsi üzrə ilk mərhələ başa çatmışdır. Bu mərhələdə 12 tələbə "Başak-İnam Sığorta Şirkəti" ASC-nin təmənnasız olaraq təşkil etdiyi "Ümumi Sığortaçılıq" təlimlərinə qatılmış, həftədə 2 dəfə olmaqla 6 həftə davam edən təlimləri imtahan verərək başa çatdırmışlar. İmtahanda tələbələrin ümumilikdə 60 suala 2 saat ərzində cavab verməsi tələb olunurdu. İmtahanda maksimim 100 bal toplamaq mümkün idi və 70 bal keçid balı kimi müəyyənləşdirilmişdi. Nəticələrə əsasən ən yüksək bal 91, tələbələrin ortalama nəticəsi isə 75,7 bal olmuşdur.

Layihənin məqsədinə uyğun olaraq imtahanı müvəffəqiyyətlə başa vurmuş tələbələr "Başak-İnam Sığorta Şirkəti" ASC tərəfindən sertifikatla təmin olunacaq, xatirə hədiyyələri əldə edəcək və şirkətdə 3 aylıq təcrübə keçəcəklər. Layihənin növbəti mərhələsi sentyabr ayında start götürəcək.

Təhsilimizə dəstək olaq- Gələcəyimizi Sığortalayaq!

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam Sığorta Şirkəti" Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir. Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC-də qoşulmuşdur. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılmışdır. 2008-ci ildə qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişmişdir. Hal-hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir. Türk Standartları İnstitutu "Başak-İnam Sığorta Şirkəti" ASC-nin Keyfiyyət İdarəetmə Sisteminin auditini həyata keçirmiş və tam standartlara uyğun olduğunu nəzərə alaraq TS-EN-ISO 9001:2008 sertifikatına layiq görmüşdür.

Xəbər lenti

Xəbər lenti