...

Azərbaycanın sığorta şirkəti "Atəşgah" "Arxayın Valideyn" məhsulu üzrə növbəti sığorta ödənişini edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2011 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri - "Atəşgah" SŞ 24 iyun 2011-ci il tarixində "Arxayın valideyn" məhsulu üzrə növbəti sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

8 dekabr 2010-cu il tarixində bu məhsul üzrə sığorta polisini əldə edən 13 yaşlı oğlanın Mingəçevirdə yaşayan valideynlərinə 96 manat həcmində sığorta ödənişi təqdim edilib.

13 yaşlı oğlan velosipeddən yıxılmaqla çoxlu sayda, o cümlədən dental travmalar alıb.

Təəssüf ki, yayın qızğın çağı yay tətili günlərində uşaqların əzilməsi, travma və bədən xəsarətləri alması hallarına tez-tez rast gəlinir. Məhz bu baxımdan "Arxayın valideyn" məhsulunu kifayət qədər aktual hesab etmək olar.

"Arxayın valideyn" "Atəşgah" SŞ-nin müştərilərinə təklif etdiyi üç ("Arxayın Valideyn", "Arxayın Sakin" və "Arxayın Sürücü") xüsusi sığorta məhsulundan biridir.

Bu sığorta məhsulu üzrə müştəri öz övladını aşağıdakı risklərdən sığortalayır :

  • Yanıq, donma, suda boğulma, partlayış, elektrik cərəyanı, ildırım, gün vurması, yıxılma və s. nəticəsində baş verən bədən xəsarətləri
  • Əzilmə, yaralanma, sınıqlar, oynaqların çıxığı
  • Bədən üzvlərinin donması
  • Onurğa sütununun sınıqları
  • Görmə qabiliyyətinin və nitqin qismən və ya tam itirilməsi

"Arxayın valideyn" məhsulunun əsas üstünlüklərindən biri onun asan və qısa zaman ərzində müştəriyə təqdim edilməsidir. Sığorta polisinin rəsmiləşdirilməsi bir neçə dəqiqə ərzində baş verir. Başqa bir üstünlük sığorta kompensasiyasının ünvanlı və nağd ödənilməsi, həmçinin sığorta təminatının dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtında əldə edilməsidir.

Müştəri "Arxayın valideyn" sığorta məhsulunu sadəcə olaraq, şirkətin (012) 940 saylı telefon xidmətinə müraciət etməklə əldə edə bilər. Bundan sonra "Atəşgah" SŞ-nin mütəxəssisləri müştəri üçün münasib zamanda deyilən ünvana gələrək sığorta polisini ona təqdim edir.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də kommersiya təşkilatları - İSR HOLDİNG və RAN-Eksimdir.

"Atəşgah" ASC SŞ, "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası ilə birgə "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SŞ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti