...

Azərbaycanda 3 dondurma istehsalçısının gigiyenik və uyğunluq sertifikatları ləğv ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə NazirliyiStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında "Dədə Qorqud" müstəqil kiçik nüəssisəsinə, "Rah-96" və "Qranit" firmalarına dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının ləğv edilməsi ilə bağlı məsələ qaldırıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Bu müəssisələrdə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə alaraq, "Dədə Qorqud" müəssisəsinə, "Rah-96" və "Qranit" firmalarına dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb", - məlumatda deyilir.

Bundan əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Dədə Qorqud" müəssisəsinə, "Rah-96" və "Qranit" firmalarına məxsus istehsalat sahələrində aparılan yoxlamalar zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilmədən dondurma istehsal olunması, habelə bu dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektlərinə icrası məcburi göstəriş verilmişdi.

Xəbər lenti

Xəbər lenti