...

Metronun "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışları 2013-cu ilin yayında hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2011 13:10 (UTC +04:00)
2013-cü ilin yayına Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasından əlavə çıxışların tikintisinin başa çılması planlaşdırılır.
Metronun "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışları 2013-cu ilin yayında hazır olacaq

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir E.İsmayılov/

2013-cü ilin yayına Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasından əlavə çıxışların tikintisinin başa çatdırılması planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Metropolitenindəki mənbə deyib.

Onun sözlərinə görə, 4 əlavə çıxış tikiləcək. Onların 2-si Bakı Dövlət Universitetinə, qalan 2-si isə avtomobil yollarına çıxacaq.

"Tikinti işlərinə artıq başlanılıb və maliyyələşdirmə ilə bağlı problem olmasa, işlərin hamısını 2 ildən sonra başa çatdırmaq planlaşdırılır", - mənbə bildirib.

Əlavə çıxışların tikintisi həm sərnişinlərin təhlükəsizliyinin təmini, həm də "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşən təhsil müəssisələrinə daha rahat gediş-gəliş baxımından zəruridir.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 22 stansiyaya malikdir.

Xəbər lenti

Xəbər lenti