...

Azərbaycanda gömrük yığımlarının ödənişi üçün POS-terminalların tətbiqi genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2011 15:24 (UTC +04:00)
Gömrük ödənişlərini ödəniş kartları ilə edilməsi məqəsdilə Azərbaycanın bütün gömrük orqanlarında POS-terminalların quraşdırılması üzrə işlər aparılır.
Azərbaycanda gömrük yığımlarının ödənişi üçün POS-terminalların tətbiqi genişlənir

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir N.İsmayılova/

Gömrük ödənişlərini ödəniş kartları ilə edilməsi məqsədilə Azərbaycanın bütün gömrük orqanlarında POS-terminalların quraşdırılması üzrə işlər aparılır. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin "Gömrük" qəzetində dərc edilən məlumatda deyilir.

"Hazırda Bakının Baş Gömrük İdarəsində, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, avtonəqliyyat vasitələri üzrə Gömrük İdarəsində və Sumqayıt Baş Gömrük İdarəsində artıq gömrük vergilərinin və rüsumlarının, eləcə də gömrük qanunvericiliyinin pozulmasına görə cərimə və yığımların ödənişi POS-terminallar vasitəsilə kartlarla edilir", - məlumatda deyilir.

Hazırda POS-terminalların digər gömrük orqanlarında da quraşdırılması üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti