...

Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti su təchizatı və kanalizasiya sahəsində ikinci layihənin həyata keçirilməsini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2011 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Çərşənbə axşamı Asiya İnkişaf Bankının (AİB) şəhər inkişafı üzrə baş mütəxəssisi Vicay Padmanabhanın rəhbərlik etdiyi missiya Azərbaycana gəlir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Missiya 2009-cu ildə AİB tərəfindən təsdiqlənən və həcmi 600 milyon dollar olan su təchizatı və kanalizasiya sistemi üçün investisiya proqramı çərçivəsində həyata keçiriləcək ikinci layihəni müzakirə edəcək.

Missiya "Azərsu" ASC-nin, Maliyyə Nazirliyinin, Naxçıvanın hökumət nümayəndələri ilə, inkişaf üzrə tərəfdaşlarlarla və qeyri-hökumət təşkilatlarının təmşilçiləri ilə görüşəcək. Missiya həmçinin layihələrin hazırlıq səviyyəsini qiymətləndirmək üçün layihələrin icra olunduğu yerləri, layihələrin həyata davamlılıq, tərtibat, satınalma, ətraf mühitin mühafizəsi və sosial müdafiə normalarına nə dərəcədə uyğun olduğunu nəzərdən keçirəcək.

İnvestisiya proqramı təxminən 500 000-ə yaxın insana göstərilən su və kanalizasiya xidmətlərinin əhatə dairəsini, keyfiyyətini və davamlılılığını təkmilləşdirəcək. Həcmi 75 milyon dollar olan ilk kredit tranşından Göyçay və Naxçıvandakı su və kanalizasiya infrastrukturunun bərpası üçün istifadə olunur. İkinci layihə çəçivəsində Ağdaşda, Göyçayda, Naxçıvanda və daha bir şəhərdə su və kanalizasiya sistemlərinin qurulması prosesinin başa çatdırılması nəzərdə tutur. Missiya öz işinə 25 avqust 2011-ci il tarixində baş vuracaq.

AİB 1966-cı ildə təsis edilib və 67 üzvü var. Onun mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. AİB-in aparıcı səhmdarları Yaponiya və ABŞ (ümumi səhmdar kapitalın 31,2 faizi), Hindistan və Çin (12,8 faiz), Avstraliya, Cənubi Koreya, Kanada (16 faiz) və başqalarıdır.

Xəbər lenti

Xəbər lenti