Azərbaycan, Bakı, 25 avqust /Trend/
"Parabank" avqust ayının 8-dən 16-dək ön ofis bank əməkdaşları üçün "Qrup rəhbərləri üçün təlim" mövzusunda 8 günlük treyninq təşkil edib. Tədbirdə bankın baş ofisi və filialından bank xidmətlərinin satışı üzrə qrup rəhbərləri və qrup rəhbərlərinə namizədlər iştirak edib. Təlimdə biznesin təhlilinin aparılması, çarpaz yoxlamanın həyata keçirilməsi, komandanın təşkilinin formalaşması və s. mövzulara toxunulub.
Təlimin sonunda 13 nəfər iştirakçılardan 10 nəfəri 70%-dən yuxarı nəticə əldə edib. Testlərdən yüksək nəticə toplayan iştirakçılara pul mükafatı verilib.
"Parabank" təlimlərin keçirilməsini bankın strateji planına uyğun hazırlayıb.