...

Bakı metropoliteni metronun inkişaf proqramı çərçivəsində geoloji işlərə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 14:46 (UTC +04:00)
Bakı metropoliteni Azərbaycan paytaxtında bəzi yeni stansiyaların inşası üçün geoloji tədqiqatlara başlayıb. Bu barədə Trend-ə metropolitendəki mənbə bildirib.
Bakı metropoliteni metronun inkişaf proqramı çərçivəsində geoloji işlərə başlayıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bakı metropoliteni Azərbaycan paytaxtında bəzi yeni stansiyaların inşası üçün geoloji tədqiqatlara başlayıb. Bu barədə Trend-ə metropolitendəki mənbə bildirib.

Onun sözlərinə görə, geoloji tədqiqatlar xüsusilə Bakı limanı yaxınlığındakı Azadlıq meydanında başlayıb.

"Hazırda orada gələcək metro stansiyası üçün geoloji tədqiqatlar aparmaq məqsədilə quyular qazılır. Stansiya Azadlıq meydanında yerləşəcək", - mənbə vurğulayıb.

Onun sözlərinə görə, həmin meydanda metronun yeni stansiyasının tikintisi 2015-ci ildən sonraya planlaşdırılıb.

Mənbə bildirib ki, bənzər tədqiqatlar Azneft meydanı ərazisində də başlayıb. Burada metropolitenin yeni xəttinin inşası planlaşdırılır. Yeni xətt "Avtovağzal" stansiyasından başlayacaq, Heydər Əliyev adına konsert-sərgi kompleksindən keçərək Heydər Əliyev adına saray, sonra isə Neftçilər prospekti ilə Bayıl qəsəbəsi istiqamətində davam edəcək.

Bu işlərin tamamlanması da 2015-ci ildən sonraya planlaşdırılıb.

Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var.

Xəbər lenti

Xəbər lenti