...

"Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf" mövzusunda "dəyirmi masa" keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 20:13 (UTC +04:00)
"Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf" mövzusunda "dəyirmi masa" keçirilib.
"Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf" mövzusunda "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir B.Hacıyev/

Sentyabrın 30-da İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, AMEA-nın İqtisadiyyat İnstitutunun, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Qafqaz Universitetinin, Turizm İnstitutunun, İqtisad Universitetinin və digər elmi müəssisələrin nümayəndələri iştirak ediblər.

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə geniş elmi müzakirələr aparılıb. Bildirilib ki, ölkəmizdə müasir standartlara cavab verən sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları yaradılmışdır, məqsədli dövlət proqramları uğurla icra olunur. Görülmüş işlərin nəticəsində 2010-cu ildə iqtisadi artım 5%, yoxsulluğun səviyyəsi isə 9,1% təşkil edib.

Qazanılmış nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların müvafiq hesabatlarında da yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib, "Doing Business 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlayıb. Dünya İqtisadi Forumu tərəfindən 2011-2012-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də lider mövqeyə malikdir. Hesabatda Azərbaycan ötənilki göstərici ilə müqayisədə 2 pillə irəliləyərək 142 ölkə arasında 55-ci yerdə qərarlaşıb. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəldib, "Fitch Ratings" Agentliyi ölkəmizə investisiya reytinqi verib. BMT-nin "İnsan İnkişafı Hesabatı"na əsasən isə Azərbaycan İnsan İnkişafı İndeksinə görə 182 ölkə arasında 67-ci yeri tutub və "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" ölkələri qrupuna keçib.

Tədbirdə həyata keçirilən kompleks tədbirlərin müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına, ölkə əhalisinin sosial rifahının daha da yüksəlməsinə imkanlar açdığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti