Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
"AtaSığorta" şirkətinin 2011-ci ilin 9 ayı ərzində topladığı sığorta haqları 4,023 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,4 faiz çoxdur.
Trend-in məlumatına görə, şirkətdən bildirilib ki, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,944 milyon manat artaraq 1,424 milyon manat təşkil edib.
"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığortanın 22 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 5,0 milyon manat təşkil edir.
Oktyabrın 10-na olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.