...

Hilton Mehmanxanaları və Kurortları Azərbaycanda ilk mehmanxananı açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 13:41 (UTC +04:00)
“Hilton Bakı” mehmanxanası məftunedici mənzərələr, misilsiz qida məhsulları sərgilənən mətbəx və Avropada ilk "eforea" - Hilton məkanlarında spa mərkəzi təklif edir.
Hilton Mehmanxanaları və Kurortları Azərbaycanda ilk mehmanxananı açır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

"Hilton Bakı" mehmanxanası məftunedici mənzərələr, misilsiz qida məhsulları sərgilənən mətbəx və Avropada ilk "eforea" - Hilton məkanlarında spa mərkəzi təklif edir.

Hilton Mehmanxanaları və Kurortları özlərinin Azərbaycanda ilk mehmanxanası olan "Hilton Bakı" mehmanxanasının açılışını elan etdi. Yeni tikilmiş mehmanxana şəhərin ən görkəmli nöqtələrindən birində yerləşərək, ilk dəfə əfsanəvi Hilton Mehmanxanaları və Kurortlarına xas qonaqpərvərliyi, o cümlədən Avropa regionunda ilk eforea:-Hilton məkanlarında spa mərkəzini regiona gətirmişdir.

Hilton Mehmanxanaları və kurortlarının qlobal meneceri Deyv Horton demişdir ki, "Mehmanxana sənayesində qabaqcıl qlobal bir şirkət kimi, biz böyüməkdə olan Avropa məntəqəsi Azərbaycanda ilk mehmanxana və eforea: spa mərkəzini açmaqdan çox məmnunuq. Mehmanxana misilsiz qida və sərinləşdirici içki məhsulları sərgilənən mətbəxə, eyni zamanda dünyanın hər yerindən olan qonaqların bizdən gözlədikləri orijinal xidmət üsullarına malikdir."

Xəzər dənizinin sahilində yerləşən 25 mərtəbəli Hilton Bakı mehmanxanası Xəzər dənizi və Bakı şəhərinin ətraf landşaftı üzərində açılan mənzərələrin seyrinə gəlməyi təklif edir. Bakı hay-küylü müasir paytaxt şəhəri və perspektiv turist mərkəzidir və şəhərin qədim hissəsi olan İçəri Şəhərdə onun tarixi xəzinələri yerləşir. Bu tarixi-mədəni yerləri görmək istəyən səyahətçilər üçün mehmanxana mükəmməl nöqtədə yerləşmişdir və buraya dincəlmək üçün gələn səyahətçilərə "Park Bulvar" Ticarət Mərkəzindən Hilton Bakı mehmanxanasına birbaşa yeraltı keçid təklif edilir.

"Hilton Worldwide" şirkətinin Avropa üzrə ərazi prezidenti Saymon Vinsent demişdir: "Biz öz tarixi ticarət ənənələri, zəngin mədəniyyəti və dinamik sənaye inkişafı ilə məşhur olan Bakıda təmsilçiliyimizi möhkəmləndirməyə şadıq. Öz gözəl mənzərələri ilə Hilton Bakı mehmanxanası dünyada məşhur olan qonaqpərvərliyini yüksək səviyyəli və müasir mühitdə təqdim edəcək."

Mehmanxana 196 nəfərə qədər qonağı qəbul edə biləcək 18 iclas zalı, teatr üslubunda 738 nəfər və ya nahar tədbirlərində 460 nəfər qonaq üçün nəzərdə tutulmuş böyük ziyafət zalı ilə konfrans və tədbirlər üçün nəzərəçarpacaq yer təklif edir. Mehmanxana Bakının iş mərkəzinin hüdudlarında və Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 25 km məsafədə yerləşir.

Gecələr Bakı gur sosial səhnələr və təşkil edilmiş caz musiqisi ənənələri ilə canlanır. Axşam və gecə əyləncələri üçün mehmanxananın damında yerləşən "360" adlı barı öz şən atmosferi və möhtəşəm mənzərələri ilə Bakının sosial səhnəsinə özünəməxsus rəng qatacaq. Qonaqlar canlı musiqi və DJ-lər üçün avadanlıq yerləşdirilmiş bu məkanda şəhərin və mehmanxananı əhatə edən Xəzər dənizinin mənzərəli görüntülərini seyr etmək imkanı qazanacaq. Mehmanxananın yüksək keyfiyyət nümunəsi olan "360" barı ekspertlər qrupunun yüksək keyfiyyətli spirtli içkilərdən, şərab və şampan şərablarından hazırladığı zərif kokteylləri təklif edəcək.

24-cü mərtəbədə yerləşən dəbdəbəli "Sky Grill" restoranı mehmanxananın iaşə mərkəzi və mehmanxana mətbəxinin incisidir. "Sky Grill" regionda ən yaxşı ət parçaları və ləzzəti, o cümlədən təzə tutulmuş balıq növlərindən hazırlanmış xörəkləri geniş meydançada təqdim etmək niyyəti güdür. "Sky Grill" restoranına əlavə olaraq, bütün gün fəaliyyət göstərən "Cilantro" restoranı ənənəvi yaxın şərq xörəklərini müasir tərzdə təklif etməklə işgüzar və sosial tədbirlər üçün ideal yer təklif edir. Daha rahat bir guşə axtarırsınızsa, "Sugar Lounge" bütün gün ərzində və axşamlar qonaqlar üçün açıq olmaqla, müasir mühitdə içkilər və kokteyllər təklif edir.

Eforea: Hilton Bakı spa mərkəzi möhtəşəm bəzənmiş mühitdə dünyanın bir sıra ən gözəl spa brendlərindən dəbdəbəli müalicə üsulları təqdim edəcəkdir. "Kerstin Florian" dəniz yosunları, palçıq, bitki cövhərləri, qaynar mineral sular və mühüm yağlar da daxil olmaqla, təbii mənbələrdən hazırlanmış Avropa üz, bədən və vanna məhsulları və nəticəyə əsaslanan müalicələri üzrə zəngin çeşidlər təklif edir. "LI'TYA" unikal spa təcrübəsini nümayiş etdirmək üçün Avstraliyanın təbii ehtiyatlarının bərpaedici və yenidən canlandırıcı gücündən istifadə edir. "VitaMan" xüsusilə kişilər üçün nəzərdə tutulan Avstraliyada hazırlanmış təbii spa və təmizləyici məhsullar üzrə mükəmməl xidmətlər təmin edir. "Peter Thomas Roth" ilin sonuna qədər bütün dünyada Hilton Mehmanxanaları və Kurortları məkanlarında yeni otaq - hamam kolleksiyasına öz məhsullarını və özünəməxsus müalicə üsullarını təqdim etməklə "eforea"nı tamamlayacaqdır.

Hilton Bakı mehmanxanasının baş direktoru Manuel Avila demişdir: "Hilton Bakı mehmanxanasının memarlıq üslubu şəhərin və ətrafdakı sahil xəttinin möhtəşəm mənzərələrini mehmanxananın əsas xüsusi cəhəti və onun satış üçün iqtisadi baxımdan məqsədə müvafiqliyini göstərən nöqtə kimi nümayiş etdirməkdə bizə gözəl imkan yaratmışdır. Bu heyrətamiz imkana əsaslanaraq biz həqiqətən də nadir, obyektlərinin keyfiyyəti və müştərilərə təklif edilən xidmətlərin səviyyəsi ilə müqayisə oluna biləcək bir qonaqpərvərlik mühiti yaratmışıq"

"Hilton HHonors" qonaq mükafatları proqramının iştirakçıları ikiqat qazanc əldə etmək (Double Dip), yəni "Hilton Bakı" mehmanxanasında hər uduş hüququ verən otaq seçməklə, həm hava xətlərinin millərini, həm də mehmanxana mükafat xallarını toplamaq imkanına malikdirlər. "Hilton HHonors" üzvlərə bir səfərə Xallar və Millər qazanmaq imkanı verən yeganə mükafatlandırma proqramıdır ki, heç bir "Bağlı Tarixlər" olmadan qonaqlara topladıqları xalları mehmanxanada pulsuz qalmaqla əvəz etməyə imkan verir. "Bağlı Tarixlər" olmadan üzvlər Hilton HHonors xalları müqabilində - boş standart otağın olması şərtilə - pulsuz otaq ala bilərlər.

Mehmanxananın ünvanı Bakı ş., Azadlıq Prospekti 1, Az 1000, Azərbaycandır. "Hilton Bakı" mehmanxanası haqqında əlavə məlumat almaq üçün öz üstünlük verdiyiniz turizm agentliyinə müraciət edə, www.hilton.co.uk səhifəsinə baş çəkə, yaxud +994 12 464 50 00 nömrəsi ilə birbaşa mehmanxana ilə əlaqə saxlaya bilərsiniz.

Mətbuat məlumatları üçün növbəti internet səhifəsinə müraciət etməyiniz rica olunur: http://www.hiltonglobalmediacenter.com/baku

Xəbər lenti

Xəbər lenti