...

Azərbaycan və Ukrayna qaçaqmalçılıqla mübarizə üzrə tədbirlər planı imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 13:44 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Ukrayna Dövlət Gömrük Xidməti bu gün Bakıda qaçaqmalçılıqla mübarizə üzrə birgə tədbirlər planı imzalayıblar.
Azərbaycan və Ukrayna qaçaqmalçılıqla mübarizə üzrə  tədbirlər planı imzalayıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Ukrayna Dövlət Gömrük Xidməti bu gün Bakıda qaçaqmalçılıqla mübarizə üzrə birgə tədbirlər planı imzalayıblar. Trend-in məlumatına görə, bu barədə DGK-nın cümə axşamı verdiyi məlumatda deyilir.

Sənədi iki ölkənin gömrük strukturlarının rəhbərləri Aydın Əliyev və İqor Kaletnikov imzalayıb. Sənəd qaçaqmalçılıqla mübarizə sahəsində birgə tədbirlərin görülməsini, təcrübə və informasiya mübadiləsini, bu sahədə kadrların hazırlanmasını nəzərdə tutur.

Cümə axşamı hər iki strukturun nümayəndələrinin görüşü zamanı münasibətlərin hazırkı səviyyəsi və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin yeddi ayı ərzində ölkələr arasında mal dövriyyəsi 1,04 milyard manat təşkil edib.

Oktyabrın 13-nə rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti